Sabah Azərbaycan-Səudiyyə Ərəbistanı hökumətlərarası komissiyasının iclası keçiriləcək

Sabah Azərbaycan-Səudiyyə Ərəbistanı hökumətlərarası komissiyasının iclası keçiriləcək
# 10 dekabr 2013 09:16 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Dekabrın 11-də Bakıda Azərbaycan-Səudiyyə Ərəbistanı hökumətlərarası komissiyasının III iclası keçiriləcək. Bu toplantının yeknu olaraq yekun protokolun imzalanması planlaşdırılır. «APA-Economics»in məlumatına görə, bunu bu gün Bakıda keçirilən Azərbaycan-Səudiyyə Ərəbistanı biznes forumunda Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib.


Nazir əlavə edib ki, iclasın yekununda imzalanacaq sənəddə sənaye, ticarət, investisiya, bankçılıq, kənd təsərrüfatı, mədəniyyət və turizm, təhsil, gənclik, elm, səhiyyə, terrorizmlə mübarizə, müqavilə hüquq bazası, su təchizatı, mətbuat, şəhərsalma, tikinti, əmək və əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri əksini tapacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR