ATƏT sədri Rusiyanın xarici işlər naziri ilə dondurulmuş münaqişələrin nizamlanması məsələsini müzakirə edəcək

ATƏT sədri Rusiyanın xarici işlər naziri ilə dondurulmuş münaqişələrin nizamlanması məsələsini müzakirə edəcək
# 28 mart 2013 11:27 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva-APA. Sabah Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojaranın görüşü olacaq. APA-nın Rusiya XİN-ə istinadən yaydığı məlumata görə, görüşdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunacaq. Nazirlər ATƏT-in hərbi-siyasi, iqtisadi-ekoloji və insan ölçüsü fəaliyyətlərinin aktual məsələlərini, münaqişələrin nizamlanması problemlərini müzakirə edəcəklər.

Tərəflər Dnestryanı münaqişəsinin nizamlanmasına xüsusi diqqət ayrılacaq. Lavrov və Kojara Rusiya və Ukraynanın MDB çərçivəsində qarşılıqlı əməkdaşlığını da müzakirə etmək niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR