TQDK pretest və monitorinq imtahanlarının keçiriləcəyi vaxtı açıqlayıb

TQDK pretest və monitorinq imtahanlarının keçiriləcəyi vaxtı açıqlayıb
# 29 mart 2013 12:49 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycanda orta məktəblərin şagirdləri arasında keçiriləcək pretest və monitorinq imtahanlarının vaxtını açıqlayıb. TQDK-nın mətbuat katibi Elnur Nağızadə APA-ya açıqlamasında deyib ki, komissiya tərəfindən pretest və monitorinq imtahanlarının aprelin 20-dən sonra keçirilməsi nəzərdə tutulur. O bildirib ki, hazırda bu imtahanlara hazırlıq işləri aparılır: “Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının testlər bankına daxil olan tapşırıqların keyfiyyət xarakteristikalarının təkmilləşdirilməsi məqsədilə 2013-cü ilin aprel və may aylarında respublikanın bir sıra bölgələrində pretest imtahanları keçirəcək. Bu imtahanların keçirilməsi TQDK tərəfindən tərtib edilmiş test tapşırıqlarının keyfiyyət xarakteristikalarının müəyyənləşdirilməsinə imkan verir. Gələcəkdə imtahanın məzmunu ilə bağlı materialların layihələndirilməsində və imtahan nəticələrinin təhlilində bunlar vacib rol oynayacaq”.

E. Nağızadə qeyd edib ki, ilkin mərhələdə monitorinq imtahanlarının yalnız V siniflərdə keçirilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, monitorinq imtahanlarının hansı seçilmiş məktəblərdə keçiriləcəyi üçün hazırda müvafiq danışıqlar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR