“Andromed” tibb mərkəzinin vergidən yayındığı aşkarlanıb

“Andromed” tibb mərkəzinin vergidən yayındığı aşkarlanıb
# 09 dekabr 2014 09:59 (UTC +04:00)

Bakı - APA-Economics. Vergilər Nazirliyinin rəsmi saytında borclu vergi ödəyicilərin siyahısı açıqlanıb.

APA-Economics”in məlumatına görə, sözügedən siyahıda “Andromed 1” MMC-yə məxsus olan və Bakının Sabunçu rayonu ərazisində yerləşən “Andromed” tibb mərkəzi də yer alıb.


Məlumatda bildirilir ki, tibb mərkəzinin vergidən yayınması Bakı şəhər Vergi Departamentinin əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı müəyyən olunub.

Bununla yanaşı, vergi borcunun həcmi qeyd edilməyib.

Faktla bağlı qanuna müvafiq tədbirlər görülür.

Maraqlıdır ki, “Andromed 1” MMC-dən məsələyə münasibət bildirərkən qeyd olunub ki, tibb mərkəzi şirkətə məxsus deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR