Kanada Ukraynada islahatlar aparılmasına 7 milyon dollar ayıracaq

Kanada Ukraynada islahatlar aparılmasına 7 milyon dollar ayıracaq
# 19 mart 2015 02:48 (UTC +04:00)

Bakı-APA. Kanada Ukraynada seçki islahatlarının aparılmasına 7,1 milyon Kanada dolları (5,5 ABŞ dolları) ayıracaq.

APA-nın UNİAN agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın Kanadadakı səfirliyi açıqlama yayıb.

“Kanada hökuməti Ukrayna xalqının demokratik və firavan gələcəyinə yönələn növbəti təşəbbüsünü bu gün bəyan edib”, sənəddə vurğulanır.

Belə ki, Ukraynada seçki islahatlarının aparılması üçün ATƏT-ə 1,2 milyon, İFES-ə (Beynəlxalq Seçki Sistemləri Fondu) 3 milyon, Milli Demokratiya İnstitutuna isə - 2,9 milyon Kanada dolları məbləğində vəsait ayrılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR