ATƏT: Donbasda vəziyyət pisləşib

ATƏT: Donbasda vəziyyət pisləşib
# 04 iyul 2015 23:36 (UTC +04:00)

Bakı-APA. Son bir həftə ərzində Donbasda vəziyyət pisləşib.

APA-nın UNN agentliyinə istinadən verdiyi məlumata görə, bunu ATƏT-in Donbasdakı monitorinq missiyasının nümayəndəsi Aleksandr Huq bəyan edib.

“ATƏT əməkdaşları zirehli texnikanın hərəkətlərini, ağır silahlardan istifadə edildiyini müşayiət edib”, deyə A.Huq bildirib.

Onun sözlərinə görə, təmas xəttində separatçılara və Ukrayna ordusuna məxsus ağır texnikanın sayı artıb. “Bu isə regionda humanitar vəziyyətin pisləşməsinə gətirib çıxarır”, ATƏT rəsmisi əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR