Əfqanıstanın cənubunda helikopter qəzaya uğrayıb

Əfqanıstanın cənubunda helikopter qəzaya uğrayıb
# 27 aprel 2013 23:12 (UTC +04:00)

Bakı-APA. Əfqanıstanda Təhlükəsizliyə yardım üzrə beynəlxalq qüvvələrin hərbi kontingentinə (ISAF) məxsus helikopter ölkənin cənubundakı Zabol vilayətində qəzaya uğrayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insidentin baş verdiyi Şahcoy yaşayış məntəqəsinin icra başçısı Məhəmməd Seddik bildirib ki, helikopter göyərtəsində baş vermiş nasazlıq səbəbindən qəzaya uğrayıb. ISAF-ın mətbuat katibliyi faktı təsdiqləyib, lakin ekipajın taleyi barədə heç bir məlumat təqdim etməyib.

Qeyd edək ki, bir qədər əvvəl Əfqanıstanın cənubunda NATO-nun hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində 4 hərbçi ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə NATO-nun Kabildəki nümayəndəsi açıqlama verib.

İlkin məlumata görə, hadisə yerində silahlı dəstələrin fəallığı müşahidə olunmayıb. NATO-nun Kabildəki nümayəndəsi hadisənin təfərrüatları barədə heç bir açıqlama verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR