Türkiyədə dünyanın ən təhlükəli terrorçularından biri tutulub

Türkiyədə dünyanın ən təhlükəli terrorçularından biri tutulub
# 05 dekabr 2014 08:15 (UTC +04:00)

APA-nın “Milliyət” qəzetinə istinadən verdiyi məlumata görə, Əbd əl-Baset Əzzuz artıq ABŞ-a təhvil verilib.

Türkiyədə saxta sənədlərlə yaşayan Ə. Əzzuz noyabrın 13-də Türkiyə kəşfiyyatı ilə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin birgə əməliyyatı zamanı saxlanılıb. O, öncə İordaniyaya aparılıb, bir müddət sonra isə oradan ABŞ-a yola salınıb.

Qeyd edək ki, Ə. Əzzuz 2012-ci ildə ABŞ-ın Liviyadakı konsulluğuna hücumda ittiham olunur. Onun həmçinin Liviyada “Əl-Qaidə”nin təlim düşərgəsinə rəhbərlik etdiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR