Bakıda ər arvadını qətlə yetirib

Bakıda ər arvadını qətlə yetirib
# 04 noyabr 2015 03:21 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA. Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.

APA-nın məlumatına görə, rayonun Məhəmmədi qəsəbəsindəki "Yeni yaşayış massivində" ər arvadını qətlə yetirib.

32 yaşlı Tahir Niyaz oğlu Mürsəlovla həyat yoldaşı 24 yaşlı Nigar Təslim qızı Mürsəlova arasında qısqanclıq zəminində mübahisə yaranıb. Mübahisə zamanı ər bıçaqla həyat yoldaşına çoxsaylı zərbələr endirib. Yaralı Nigar Mürsəlovanı qonşusu avtomobili ilə xəstəxanaya apararkən o, yolda dünyasını dəyişib.

Tahir Mürsəlov Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla əlaqədar Sabunçu Rayon Prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR