Rusiyada ailə üzvlərini öldürən şəxs ömürlük həbs cəzasına məhkum edilib

Rusiyada ailə üzvlərini öldürən şəxs ömürlük həbs cəzasına məhkum edilib
# 29 iyun 2016 16:04 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Rusiyanın Nijeqorod vilayət məhkəməsi anası, həyat yoldaşı və 6 uşağını qətlə yetirən Oleq Belovu ömürlük həbs cəzasına məhkum edib.

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

Dövlət ittihamçısı məhkəmədən O. Belovun qaynanasının mənəvi zərər müqabilində 5 milyon rubl dəyərində kompensasiya tələbinin təmin edilməsini istəsə də, vəkillər O. Belovun günahsız olmasında israr ediblər. Onun özü də bəraət istəyib.

Xatırladaq ki, O. Belov 2015-ci ilin iyulun 26-da Nijni Novqorodda mənzilində həyat yoldaşı və 6 uşağını bıçaqlayıb. Cinayətin izini itirmək üçün o, cəsədləri hissələrə ayırıb və paketlərə qoyaraq basdırıb. Bir neçə gün sonra isə O. Belov Qoroxovets şəhərinə gedərək anasını öldürüb. Növbəti gün polis tərəfindən tutulan O. Belov müqavimət göstərdiyi üçün yaralanıb. Ekspertiza O. Belovun psixoloji problemlərdən əziyyət çəkdiyini müəyyən edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR