Con Kerri və Sergey Lavrov Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün nəticələrini müzakirə edib

Con Kerri və Sergey Lavrov Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün nəticələrini müzakirə edib
# 02 iyul 2016 16:37 (UTC +04:00)

Bakı-APA. ABŞ dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsi barədə müzakirə aparıb.

APA-nın Rusiya Xarici İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə. C. Kerrinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Azərbaycan və Ermənistan prezidentlərinin iyunun 20-də Sankt-Peterburqda keçirilən görüşünə də toxunulub.

C. Kerri və S. Lavrov prezidentlərin görüşünün nəticələrinə uyğun olaraq Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə əlaqədar ATƏT-in Minsk qrupunun həmsədrlərinin atacağı növbəti addımları müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR