Dünyanın 400 ən zəngin insanı "Brexit"dən sonra 127,4 mlrd. dollar itirib

Dünyanın 400 ən zəngin insanı "Brexit"dən sonra 127,4 mlrd. dollar itirib
# 27 iyun 2016 08:17 (UTC +04:00)

Bakı - APA-Economics. Dünyanın 400 ən zəngin insanı Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı keçirilən referendumdan ("Brexit") bir gün sonra 127,4 mlrd. dollar itirib. "APA-Economics" xəbər verir ki, bu, "Bloomberg" agentliyinin milyarderlər reytinqində öz əksini tapıb.

Dünya fond indekslərində müşahidə olunan eniş dünyanın ən 400 ən zəngin biznesmeninin ümumi aktivlərinin 3% azalaraq 3,9 trln. dollara çatmasına səbəb olub.

Avropanın ən zəngin insanı olan Amansio Orteqa 1 gün ərzində 6 mlrd. dollar, dünyanın ən zəngini olan Bill Qeyts isə 2,4 mlrd. dollar itirib.

Qeyd edək ki, iyunun 23-də keçirilən referendumda britaniyalıların 51,9%-i krallığın Avropa İttifaqının tərkibindən çıxmasına səs verib.

Referendumun nəticələri dünya bazarlarını dalğalandırıb və demək olar ki, bütün aparıcı birjalar 3-10% eniş nümayiş etdirib. Funt sterlinq isə 1985-ci ilin minimumunu yeniləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR