“Azərişıq” ASC-yə vurulmuş ziyanla bağlı cinayət işi başlanıb

“Azərişıq” ASC-yə vurulmuş ziyanla bağlı cinayət işi başlanıb
# 28 sentyabr 2015 15:20 (UTC +04:00)

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, araşdırmalar zamanı Goranboy Elektrik Şəbəkəsinin Veyisli yüksək gərginlikli yarımstansiyasının əməkdaşı Eldəniz Həsənovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə rayon ərazisində 18 abonentdən müxtəlif məbləğlərdə pul alaraq onların elektrik sayğaclarındakı göstəriciləri təhrif etməklə “Azərişıq” ASC-nin qanuni mənafeyinə 25.900 manat məbləğində zərər vurmasında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR