Göyçayda Qarabağ əlilinin avtomobili yanıb - FOTO - VİDEO

Göyçayda Qarabağ əlilinin avtomobili yanıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 02 noyabr 2015 15:07 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Göyçay rayonunda minik avtomobili yanaraq yararsız hala düşüb. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 16:00 radələrində Göyçay şəhərində qeydə alınıb. Rayon sakini, 1965-ci il təvəllüdlü Mustafayev Zahir Maarif oğluna məxsus 23-BG-202 dövlət nömrə nişanlı, “OKA” markalı minik avtomobili yanıb. Avtomobilin mühərrikində baş verən yanğın qısa vaxt ərzində onun hər tərəfini əhatə edib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunaraq yanğın söndürülüb. Hadisə zamanı avtomobil yanaraq yarasız hala düşsə də, ikinci qrup Qarabağ müharibəsi əlili Zahir Mustafayev xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR