Bahar Muradova: "Bəzi dairələr Azərbaycanın daxili və xarici siyasət kursuna müdaxilə etməyə çalışır”

Bahar Muradova: "Bəzi dairələr Azərbaycanın daxili və xarici siyasət kursuna müdaxilə etməyə çalışır”
# 07 may 2015 12:19 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Məhdud geosiyasi maraqlar və ikili standartlar əsasında çıxış edən bəzi dairələr Azərbaycanın müstəqil xarici siyasətini narahatlıqla qarşılayır, bu kontekstdə öz korporativ mənafeləri naminə ölkəmizin daxili və xarici siyasət kursuna müdaxilə etməyə çalışırlar. Son zamanlar Azərbaycanın siyasi rəhbərliyinin sərgilədiyi yeni taktiki gedişlər, başqa sözlə, Qərbin ikili standartlarına cavab olaraq ortaya qoyduğu və sağlam məntiqə söykənən daha kəskin tənqidi mövqe getdikcə öz bəhrəsini verməkdədir”.

APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən “Azərbaycan müasir dünyada” mövzusunda konfransda "Azərbaycan beynəlxalq aləmdə sarsılmaz mövqe və nüfuz sahibidir” mövzusunda çıxış edən Milli Məclis sədrinin müavini Bahar Muradova söyləyib.

B. Muradova deyib ki, bu, prezident İlham Əliyevin son zamanlar xarici səfərlərinin, dünyanın aparıcı dövlət başçıları ilə keçirdiyi görüşlərin ruhunda əksini tapır: “ABŞ, Almaniya, Fransa, Rusiya və digər dünya nəhənglərinin tanınmış siyasi texnoloqları artıq Azərbaycan reallıqları ilə hesablaşmağın, onun beynəlxalq aləmdə nüfuzunun tanınmasının zəruriliyini qeyd edirlər. Maraqlıdır ki, ölkə daxilində hətta radikal müxalifət nümayəndələri də bu siyasətin uğurlarını etiraf etməyə başlayıblar. Müstəqil xarici siyasət kursu, mötəbər beynəlxalq qurumlarda uğurlu təmsilçilik Azərbaycanın regional güc mərkəzi kimi nüfuzunu gücləndirib və sarsılmaz mövqeyini təmin edib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR