Milli təhlükəsizlik naziri: “Bəzi dövlətlərin xüsusi xidmət orqanları və dini ekstremist dairələr ölkəmizdə radikallaşmaya rəvac verməyə çalışırlar”

Milli təhlükəsizlik naziri: “Bəzi dövlətlərin xüsusi xidmət orqanları və dini ekstremist dairələr ölkəmizdə radikallaşmaya rəvac verməyə çalışırlar”
# 28 mart 2013 12:45 (UTC +04:00)

Son hadisələr də bu məqamı təsdiqləyir. Bəzi dövlətlərin xüsusi xidmət orqanları və dini ekstremist dairələr ölkəmizdə radikallaşmaya rəvac verməyə çalışırlar”.

MTN-in İctimai Əlaqələr Mərkəzindən APA-ya verilən məlumata görə, bunu milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 94-cü ildönümü ilə bağlı keçirilən tədbirdə çıxışında deyib.

Azərbaycanın sürətlə inkişaf etdiyini, nüfuzunun artdığını, respublikanın bir çox mötəbər tədbirlərin, eləcə də mədəniyyətlərarası dialoqların keçirildiyi mərkəzə çevrildiyini bildirən nazir Eldar Mahmudov, bütün bu nailiyyətlərin müəyyən pozucu qüvvələr və düşmən dairələr tərəfindən qısqanclıqla qarşılandığını vurğulayıb.

Nazir vurğulayıb ki, destruktiv qüvvələr tərəfindən sabitliyin pozulması, ölkənin imicinə xələl gətirilməsi üçün səylər göstərilir: “İctimaiyyətə məlumat verildiyi kimi, Milli Təhlükəsizlik Nazirliyinin və Baş Prokurorluğun birgə tədbirləri nəticəsində bir qrup şəxs saxlanılıb, onların yaşadıqları ünvanlardan icazəsiz mitinqlərdə istifadə üçün butulkalarda “Molotov kokteyli” adlanan maye aşkar edilib. Qeyd olunmalıdır ki, anti-Azərbaycan dairələr öz fəaliyyətlərini ölkəmiz üçün həssas sayılan dövrlərdə xüsusilə genişləndirməyə çalışırlar. Təhlükəsizlik və sabitlik həm normal yaşayış və fəaliyyət, həm də dövlətin inkişafı və nüfuzu üçün mühüm şərtlərdir. Ona görə də adiyyati hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyədə təmin olunması ümdə məsələlərdəndir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR