Putin Silahlı Qüvvələrdə növbədənkənar yoxlama elan edib

Putin Silahlı Qüvvələrdə növbədənkənar yoxlama elan edib
# 14 iyun 2016 10:14 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Rusiya prezidenti, ali baş komandan Vladimir Putinin əmri ilə Silahlı Qüvvələrdə növbədənkənar yoxlama elan edilib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, Rusiyanın müdafiə naziri, ordu generalı Serqey Şoyqu keçirdiyi müşavirə zamanı bildirib ki, bu gün döyüş və səfərbərlik hazırlığının qiymətləndirilməsi üçün ali baş komandanın əmrinə uyğun olaraq növbədənkənar yoxlama başlayıb. O deyib ki, hərbçilərin təyinatı üzrə tapşırıqları yerinə yetirmə hazırlığı ilə yanaşı, səfərbərlik, ehtiyat birləşmələrin vəziyyətinə də diqqət yetirilməsi vacibdir.

Yoxlamalar iyulun 22-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR