Azərbaycan XİN başçısı Xorvatiya baş nazirinin I müavinini qəbul edib

Azərbaycan XİN başçısı Xorvatiya baş nazirinin I müavinini qəbul edib
# 30 oktyabr 2014 13:00 (UTC +04:00)

Bakı – APA. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Xorvatiya baş nazirinin I müavini, xarici və Avropa işləri üzrə naziri Vesna Pusiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, E. Məmmədyarov Azərbaycanla Xorvatiya arasındakı əlaqələrin mövcud durumunu yüksək qiymətləndirib.

Qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin inkişafında əhəmiyyətini önə çəkən nazir bu kimi səfərlərin sayının gələcəkdə artırılmasının vacibliyini vurğulayıb.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi haqqında məlumat verən E. Məmmədyarov Xorvatiyanın münaqişə ilə bağlı BMT Nizamnaməsinə və beynəlxalq hüquqa əsaslanan mövqeyinin yüksək qiymətləndirildiyini qeyd edib.

Ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatında xüsusi rol oynadığını bildirən V. Pusiç isə Xorvatiyanın Azərbaycanla enerji sektorunda əməkdaşlıqda maraqlı olduğunu bildirib. O, ölkələrimizin bir sıra sahələrdə, xüsusilə gəmiqayırma sahəsində uğurlu əməkdaşlıq etdiyini vurğulayıb.

Görüşdə həmçinin müqavilə-hüquq bazasının genişləndirilməsi, sərmayələrin təşviqi, mədəniyyət, turizm, humanitar və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR