Azərbaycanda 2 minə yaxın vətəndaş Elektron Səhiyyə Xidməti Mərkəzinə müraciət edib

Azərbaycanda 2 minə yaxın vətəndaş Elektron Səhiyyə Xidməti Mərkəzinə müraciət edib
# 25 fevral 2015 09:11 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA Azərbaycanda yeni yaradılan Elektron Səhiyyə (ES) Xidməti Mərkəzinə ötən ay ərzində daxil olan müraciətlərin sayı açıqlanıb.

Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, fəaliyyət göstərdiyi qısa müddət ərzində Elektron Səhiyyə Xidməti Mərkəzinə 1984 nəfər vətəndaş müraciət edib. Müraciətlər əsasən işə qəbul, təkmilləşmə kurslarına göndərilmə və müalicə işi ilə əlaqədar olub.

Qeyd edək ki, Elektron Səhiyyə xidməti ölkə başçısının sərəncamı əsasında, “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində yaradılıb. Məqsəd Səhiyyə Nazirliyinə müraciət edən bütün vətəndaşların qısa müddət ərzində öz suallarına cavab tapması, problemlərinin az müddətdə həll edilməsidir. Mərkəzdə 15 elektron xidmət göstərilir ki, bunlara tibb müəssisələrinə işə qəbulla əlaqədar müraciətlər, tibb mütəxəssislərinin sertifikasiyası, lisenziyaların verilməsi, dərman vasitələrinin dövlət qeydiyyatından keçməsi, xaricdə tibb təhsili almış vətəndaşların işə buraxılması, səhiyyəyə aid hüquqi məsləhətlər, tibb mütəxəssislərinin hazırlığa və ixtisas kurslarına göndərilməsi, tibb işçilərinə ixtisas dərəcəsinin verilməsi, səhiyyəyə aid olan digər məsələlər daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR