Havanın temperaturu Bakıda 35, Azərbaycanın rayonlarında isə 38 dərəcəyə çatacaq - VİDEO

Havanın temperaturu Bakıda 35, Azərbaycanın rayonlarında isə 38 dərəcəyə çatacaq - <span style="color: red;">VİDEO
# 04 iyul 2014 10:03 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 20-24, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 50-55 faiz təşkil edəcək.

Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh çimərliklərində 23-24, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada çimərliklərində 24-25, Türkan, Hövsan, Şıx, Sahil çimərliklərində isə 25-26 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyulun 5-də səhər və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 20-25, gündüz 33-38, dağlarda gecə 10-15, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR