Səudiyyə Ərəbistanının aviasiyası Yəmənin “Ənsar Allah” hərəkatının (husilər) nəzarətində olan paytaxtı Sənaya 26 zərbə endirib.
SABA agentliyinin məlumatına görə, zərbələr Nəqm, Attan, Əs-Sabain və Ən-Nəhdəyn rayonlarına endirilib.
Mümkün tələfat və dağıntılar barədə məlumat verilməyib.