Luqanskın mərkəzində küçə döyüşləri gedir

Luqanskın mərkəzində küçə döyüşləri gedir
# 16 avqust 2014 02:34 (UTC +04:00)

APA-nın verdiyi xəbərə görə, bu barədə “UNİAN”-a “Prava sprava” İctimai Birliyin rəhbəri Dmitri Snegiryov bildirib. Onun sözlərinə görə, bu məlumatı ona hadisənin şahidləri olan yerli sakinlər və onun rəhbəri olduğu təşkilatın üzvləri təqdim ediblər. ”Hazırda Luqanskın mərkəzində küçə döyüşləri davam edir, arabir partlayışlar baş verir, tərəflər arasında hətta əlbəyaxalar olur”, deyə Snegiryov bildirib.

O qeyd edib ki, ötən günün birinci yarısında Ukrayna ordusu Luqansk vilayət xəstəxanasını və yaxınlıqdakı ərazini nəzarətə götürüb, axşama doğru isə silahlılar avtovağzal və Ali hərbi aviasiya liseyi ətrafında cəmləşərək mövqe qurublar. “Hazırda şəhər mərkəzi istiqamətində küçə döyüşləri gedir, ordu qüvvələri şəhərin mərkəzinə doğru irəliləməyə çalışır””, deyə Snegiryov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR