Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Milli Mətbuat günü münasibətilə tədbir keçirilib - FOTO

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Milli Mətbuat günü münasibətilə tədbir keçirilib - <span style="color: red;">FOTO
# 22 iyul 2014 16:02 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində milli mətbuatın yaranmasının 139 illiyi münasibətilə tədbir keçirilib.

APA-Economics”in xəbərinə görə, tədbirdə çıxış edən Komitə sədri Ramiz Həsənov demokratik inkişafın başlıca amillərindən sayılan azad mətbuatın formalaşmasının, inkişafının Azərbaycan dövlətinin siyasətinin tərkib hissəsi olduğunu deyib.

O bildirib ki, vətəndaş cəmiyyəti quruculuğunda nailiyyətlər qazanmış ölkəmizdə medianın sərbəst və dövlət hakimiyyətindən asılı olmayan fəaliyyətinin təmin edilməsi istiqamətində xeyli işlər görülüb və görülməkdədir: “Dövlət qurumları ilə medianın sıx əməkdaşlığı vacib əhəmiyyət daşıyan məsələdir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyətini uğurla, operativ və peşəkarlıqla işıqlandıran jurnalistlərə təşəkkürümüzü bildiririk”.

Sonda bir qrup media işçisinə Komitə sədri Ramiz Həsənov tərəfindən Fəxri Fərmanlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR