Gəncədə yaşayış evindən pul və qızıl-zinət əşyaları oğurlanıb

Gəncədə yaşayış evindən pul və qızıl-zinət əşyaları oğurlanıb
# 17 dekabr 2014 11:17 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə yaşayış evindən oğurluq edilib.

Gəncə şəhər Kəpəz rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, şəhərin Şahlar Hüseynov küçəsində yaşayan Yuvelina Rumyantseva idarəyə müraciət edərək bildirib ki, dekabrın 11-dən 16-na kimi evdə olmadığı tarixdə ona məxsus birotaqlı evdə olan seyfdən 17 min manat, 2900 dollar və 4 min manat dəyərində qızıl zinət əşyaları oğurlanıb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi açılıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR