Hər il dünyada 55 min insan quduzluq xəstəliyindən dünyasını dəyişir

Hər il dünyada 55 min insan quduzluq xəstəliyindən dünyasını dəyişir
# 29 aprel 2013 10:04 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə Böyük Britaniyanın Heyvan sağlamlığı və baytarlıq laboratoriyası Agentliyinin mütəxəssisi Daniel Leo Horton jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, rəqəmin bu qədər böyük olmasına baxmayaraq, dünya ölkələri quduzluq xəstəliyinə ciddi fikir vermirlər.

Beynəlxalq mütəxəssisin sözlərinə görə, əsas problem ondan ibarətdir ki, bəzi hallarda ümumiyyətlə quduzluqdan ölüm faktları qeydə alınmır və gizli saxlanılır: “Ona görə də dünyada quduzluğa yoluxanların dəqiq sayı barədə məlumat yoxdur. Quduzluğa yoluxma faktı daha çox Afrika və Asiya ölkələrinin bəzi hissələrində qeydə alınır. Çünki burada vəhşi heyvanlar daha çoxdur. Quduzluğa yoluxmanın əsas səbəbləri isə bütün dünya ölkələrində itlər tərəfindən dişləmələrdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR