Mübariz Qurbanlı Fransa yəhudiləri ilə görüşüb

Mübariz Qurbanlı Fransa yəhudiləri ilə görüşüb
# 08 iyul 2016 15:39 (UTC +04:00)

Komitədən APA-ya verilən məlumata görə, Azərbaycanda multikultural və tolerant mühitin dərin tarixi köklərə malik olduğunu diqqətə çatdıran Mübariz Qurbanlı yəhudi icmasının Azərbaycandakı fəaliyyətindən danışıb.

Tolerantlığın xalqımızın həyat tərzi olduğunu önə çəkən komitə sədri Azərbaycanda bütün dinlərin nümayəndələrinin əsrlərdir sülh və qardaşlıq mühitində yaşadıqlarını vurğulayıb. Ötən ilin sentyabr ayında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşkilatçılığı ilə "Azərbaycan Parisin ürəyində" adlı layihə çərçivəsində Parisdə həyata keçirilən "Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti" mövzusunda keçirilmiş konfransı məmnunluq hissi ilə xatırladığını deyən M.Qurbanlı ölkəmizdə tolerantlıq ənənələrinin qorunmasında dövlət-din münasibətlərinin mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, 1995-ci ildə qəbul olunan Konstitusiyamızda Azərbaycanın dünyəvi dövlət olması prinsipi yer alıb, bu dünyəvilik isə özündə dövlət-din münasibətlərini ehtiva edir. Komitə sədri qeyd edib ki, bu gün Azərbaycanda tolerantlığın mühüm elementlərindən biri onun qorunmasının dövlət siyasətinə çevrilməsidir.

Valiske Assosasiyasının rəhbəri Andre Kosmicki multikultural və tolerant mühitin bütün ölkə ərazisində yüksək səviyyədə hökm sürdüyünün şahidi olduğunu, müxtəlif mədəniyyət və dinlərin nümayəndələrinin, etnik azlıqların harmoniya halında, qarşılıqlı hörmət şəraitində yaşadıqlarını deyib. O bildirib ki, Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi təsadüfi deyil. Görüşdə Azərbaycan xalqının multikultural və tolerant dəyərləri, yəhudi icmasına göstərilən diqqət və qayğı ətrafında fikir mübadiləsi aparılıb, həmçinin, Fransada Yəhudi icması ilə əməkdaşlıq məsələsi müzakirə olunub. Dövlət Komitəsinin sədri Valiske Assosasiyasının rəhbəri Andre Kosmickiyə Azərbaycandakı dini abidələrin fotoşəkillərindən ibarət kitab təqdim edib. Görüşdə Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Dövlət Komitəsi sədrinin müavinləri və şöbə müdirləri iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR