Eldəniz Quliyev: “Siyasi partiyaların mübarizəsi fiaskoya uğradı”

Eldəniz Quliyev: “Siyasi partiyaların mübarizəsi fiaskoya uğradı”
# 08 iyul 2014 12:13 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Eldar Namazovun sədri olduğu El Hərəkatının qurultayının sentyabr-oktyabr aylarında keçirilməsi gözlənilir. Bunu APA-ya açıqlamasında El Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyey deyib.

El Hərəkatının siyasi partiyaya çevriləcəyi, yaxud hərəkat kimi fəaliyyətini davam etdirib-etdirməyəcəyinə gəlincə, E. Quliyev bildirib ki, Azərbaycanda siyasi partiya mübarizəsi fiaskoya uğrayıb: “Siyasi partiyaların mübarizəsinə yeni rakursdan yanaşmaq lazımdır. Partiyaların atdıqları addımlardakı səhvləri nəzərə alaraq yeni siyasi qurum yaratmaq lazımdır. Bu, siyasi hərəkat olacaq, mübarizə fəlsəfəsində yeni təfəkkür nümayiş etdirəcək. Bu, indiyə qədər görünməmiş bir demokratik güc mərkəzi olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR