Avropa İttifaqı hava limanlarında təhlükəsizlik tədbirlərini gücləndirir

Avropa İttifaqı hava limanlarında təhlükəsizlik tədbirlərini gücləndirir
# 29 avqust 2015 15:30 (UTC +04:00)

Bakı - APA. Sentyabr ayının 1-dən etibarən Avropa İttifaqı ərazisindəki hava limanlarında təhlükəsizlik tədbirlərinin təşkili ilə əlaqədar yeni qaydalar qüvvəyə minir.

APA-nın "Deutsche Welle"yə istinadən verdiyi xəbərə görə, bu barədə Almaniya DİN-dən bildirilib.

Yeni qaydalar terrorizmlə mübarizə istiqamətində atılan addımlardan biridir.

Qaydalara əsasən, sərnişinlər, o cümlədən onların əl yükü xüsusi cihazlarla yoxlanacaq. Nəzarət tədbirləri təkmilləşdirilmiş texniki standartlara əsasən aparılacaq.

DİN-dən bildirilib ki, yeni qaydaların tətbiqi sərnişinlərin bir qədər yubanmasına səbəb ola bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR