Rusiyada azərbaycanlı iş adamı evində asılmış vəziyyətdə tapılıb

Rusiyada azərbaycanlı iş adamı evində asılmış vəziyyətdə tapılıb
# 05 iyul 2016 15:05 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Rusiyanın Saratov şəhərində azərbaycanlı iş adamı, Azərbaycanın vilayət üzrə diaspor fəalının qardaşının meyiti tapılıb.

Saratov Vilayəti Azərbaycanlıları Konqresinin sədri Vladimir Muradov APA-ya bildirib ki, müavini Məzahir Əliyevin qardaşı, 1956-cı il təvəllüdlü iş adamı Rahib Əliyevin meyiti iyulun 3-də evində asılmış vəziyyətdə aşkarlanıb.

İş adamının ölüm səbəbi polis tərəfindən araşdırılır.

Onun cənazəsi Azərbaycana göndərilərək doğulduğu Ucar rayonunda ötən gün dəfn olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR