Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan nefti yenidən ucuzlaşıb.
Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq və iqtisadi əməliyyatlar idarəsindən “APA-Economics”ə verilən məlumata görə, London birjasında dünən keçirilmiş hərraclarda “AzeriLight” markalı neftin bir barelinin qiyməti 0,73% və ya 0,47 dollar azalaraq 63,64 dollar olub.