Azərbaycanda 2011-2014-cü illərdə rezidenturaya qəbulun nəticələri müzakirə olunub

Azərbaycanda 2011-2014-cü illərdə rezidenturaya qəbulun nəticələri müzakirə olunub
# 08 oktyabr 2014 14:18 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Cərrahiyyə Klinikasında 2011-2014-cü illərdə rezidenturaya qəbulun nəticələrinə həsr olunan tədbir keçirilib.

ATU-nun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ATU-nun rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə, Səhiyyə Nazirliyi Aparatının rəhbəri Zəkiyyə Mustafayeva toplaşanlara həmin dövrün statistikası ilə bağlı məlumat veriblər.

Bildirilib ki, səhiyyənin inkişafının əsas istiqamətlərindən biri tibbi təhsil və kadr islahatlarıdır. Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənən “Təhsil haqqında” qanuna uyğun olaraq 2011-ci ildə ilk dəfə rezidentura vasitəsilə 37 ixtisas üzrə həkimlərin hazırlığına başlanıb. Birinci il imtahanlarda 1063 namizəd iştirak edibsə (onlardan 819-u 2011-ci ilin məzunları olub), 2014-cü ildə imtahanlarda 1 414 namizəd iştirak edib və onların 666 nəfəri builki məzunlardır.


Rezidenturaya imtahanlar iki mərhələdə keçirilir. Test imtahanları ilk mərhələdə əsas fənlər üzrə, ikinci mərhələdə isə ixtisas üzrə keçirilir. Bundan əlavə, gələcəkdə imtahanların üçüncü mərhələsinin - simulyator və manekenlərdə təcrübənin keçirilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR