FHN: Bakıda partlayış baş verən marketin dağıntıları altından bir nəfərin cəsədi çıxarılıb - YENİLƏNİB - 2 - FOTOSESSİYA - VİDEO

FHN: Bakıda partlayış baş verən marketin dağıntıları altından bir nəfərin cəsədi çıxarılıb - <span style="color: red;">YENİLƏNİB - 2  - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 08 oktyabr 2014 16:19 (UTC +04:00)

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində hündür mərtəbəli yaşayış binasının birinci mərtəbəsində partlayış hadisəsi baş verib.

Dərhal FHN-in xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib. İlkin məlumata əsasən, dağıntılar altından bir nəfər kişi cəsədi aşkar edilərək çıxarılıb, dörd nəfər xəsarət alan şəxs isə Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib. Hazırda hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

***

18:47

Bakı. Hafiz Heydərov - APA. Bakıda marketdə baş verən partlayış nəticəsində xəsarət alan 5 nəfər xəstəxanaya yerləşdirilib.


Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hazırda xilasedicilər dağıntılar altında qalan bir nəfərin xilas edilməsi istiqamətində tədbirləri davam etdirir.

* * *

18:10

Bakı. Hafiz Heydərov - APA. Bakıda mağazada partlayış olub.


APA-nın məlumatına görə, hadisə saat 17.30 radələrində Biləcəri qəsəbəsində, Bakı Beynəlxalq Avtovağzalı yaxınlığında yerləşən “Army” marketdə qeydə alınıb.

Partlayış nəticəsində marketdə yanğın meydana gəlib. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Xilasedicilər uçqun altında qalan bir nəfəri xilas edib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya bildirilib ki, hazırda yanğınsöndürənlər yanğının qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasından APA-ya verilən məlumata görə, marketdə baş verən hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb və yaralılar müxtəlif xəstəxanalara yerləşdiriliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR