İranın cənubunda, Hörmüz boğazı istiqamətində güclü partlayış səsi eşidilib.
İran mediasının məlumatına görə, partlayış İran Silahlı Qüvvələrinin xəbərdarlıq atəşi açması və ya gəminin dəniz minasına düşməsi nəticəsində baş vermiş ola bilər.
Hadisənin dəqiq səbəbi və mümkün fəsadları barədə hələlik rəsmi məlumat verilməyib.