MTRŞ: Bəzi telekanallarda, ümumiyyətlə, hərbi- vətənpərvərlik verilişlərinə rast gəlinmir

MTRŞ: Bəzi telekanallarda, ümumiyyətlə, hərbi- vətənpərvərlik verilişlərinə rast gəlinmir
# 10 aprel 2015 15:25 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. "Teleyayımçıların proqram səbətində hərbi-vətənpərvərlik verilişləri azlıq təşkil edir".

APA-nın xəbərinə görə, bu barədə Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən 2014-cü ilin son və 2015-ci ilin ilk rübündə aparılmış monitorinqlərin nəticələrində məlumat verilib.

Monitorinqin nəticələrində qeyd olunub ki, İTV, ATV, ANS və “Region” televiziyalarında hərbi-vətənpərvərlik verilişləri yayımlansa da, “Space”, “Xəzər” və “Lider” kanallarının efir səbətində ümumiyyətlə, hərbi- vətənpərvərlik mövzusunda verilişlərə rast gəlinmir: “Halbuki, həmin telekanalların efirində saatlarla davam edən kommersiya xarakterli verilişlər yayımlanır. Əlbəttə, ölkəmizin müharibə şəraitində olduğu bir vaxtda telekanalların efir siyasətində bu cür boşluqlara yol verməsi ilə əsla razılaşmaq olmaz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR