Cavid Hüseynovun apellyasiya şikayəti üzrə məhkəmə başlayır

Cavid Hüseynovun apellyasiya şikayəti üzrə məhkəmə başlayır
# 09 iyul 2016 08:25 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Jurnalist Rasim Əliyevin ölümü ilə bağlı həbs edilən futbolçu Cavid Hüseynovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi iyulun 15-də başlayacaq.

APA-nın məlumatına görə, prosesə Bakı Apellyasiya Məhkəməsinin hakimi Həsən Əhmədov sədrlik edəcək.

Xatırladaq ki, Cavid Hüseynov jurnalist Rasim Əliyevin ölümü ilə bağlı təqsirləndirilir. Bir neçə gün əvvəl C. Hüseynov Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR