Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Nyu-Yorkda görüşlər keçirib - FOTO

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Nyu-Yorkda görüşlər keçirib - <span style="color: red;">FOTO
# 02 oktyabr 2014 15:35 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Nyu-Yorkda 4-cü Konkordia Sammitində təmsil olunan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov tədbir çərçivəsində bir sıra görüşlər keçirib. Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, Mərkəzin həmsədri, Latviyanın sabiq prezidenti Vayra Vike-Frayberqa, həmçinin təşkilatın üzvləri - Polşanın sabiq dövlət başçısı Aleksandr Kvasnevskiy və Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili ilə görüşlərdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin gələcək fəaliyyət planları, əsasən də 2015-ci ildə keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıqla bağlı məsələlər müzakirə olunub.

Foruma hazırlıq prosesinə dair Mərkəzin üzvü, BMT Baş katibinin xüsusi müşaviri Nafis Sadiklə görüşdə də geniş fikir mübadiləsi aparılıb. Meksika eks-prezidenti Filipe Kalderon, Çilinin sabiq dövlət başçısı Sebastyan Pinyera, Kolumbiyanın keçmiş rəhbəri Alvaro Uribe ilə görüşdə isə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə əməkdaşlıq təklifləri, Mərkəzin gələcək layihələrində onların təcrübəsindən faydalanmaq imkanlarını müzakirə edilib. Sabiq dövlət başçıları Mərkəzlə yaxından əməkdaşlıq təklifini müsbət qarşılayıb və işbirliyinə hazır olduqlarını bildiriblər.


Sabiq prezident, baş nazir və tanınmış siyasi xadimlər bu günlərdə ABŞ-ın Nyu-York şəhərində keçirilən 4-cü Konkordia Sammitində bir araya gəlib. Sammitin sonuncu günündə ABŞ-ın 43-cü Prezidenti Corc Buş və xanımı Laura Buşun xüsusi mühazirəsi təşkil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR