İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının ekspert qrupu Azərbaycanda səfərdə olub

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının ekspert qrupu Azərbaycanda səfərdə olub
# 25 iyun 2016 12:11 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üçün Anti-Korrupsiya Şəbəkəsinin (ACN) İstanbul Fəaliyyət Planı çərçivəsində IV Monitorinq mərhələsi ilə əlaqədar ekspert qrupu Azərbaycanda səfərdə olub.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq Azərbaycanın prokurorluq orqanları bu gün bir sıra nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üçün Anti-Korrupsiya Şəbəkəsi (ACN) ilə səmərəli əməkdaşlığını uğurla davam etdirir. 20-24 iyun 2016-cı il tarixlərində Şəbəkənin on nəfərdən ibarət ekspert qrupunun ölkəmizdə səfərdə olub. IV Monitorinq mərhələsi çərçivəsində ekspert qrupunun üzvləri ilə bir sıra dövlət orqanlarının nümayəndələri, eləcə də müxtəlif rayon (şəhər) və apellyasiya məhkəmələrinin hakimləri arasında anti-korrupsiya siyasəti və qurumları, biznesdə dürüstlük, korrupsiyaya dair cinayət qanunvericiliyi və onun praktikada tətbiqi, dövlət qulluğunda dürüstlük, korrupsiya cinayətlərinin ibtidai istintaqı, dövlət ittihamının müdafiə edilməsi və cəzalandırılma, dövlət rəsmilərinin dürüstlüyü, məhkəmə sistemində və prokurorluqda dürüstlük, təhsil sektorunun ətraflı qiymətləndirilməsi, dövlət idarəçiliyində məsuliyyət və şəffaflıq, dövlət satınalmalarında şəffaflıq adlı müzakirə panellərində görüşlər və müzakirələr keçirilib.

Bundan əlavə, ekspert qrupunun üzvləri Azərbaycan Milli Məclisi, Təhsil Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatasına səfər edərək bir sıra görüşlər keçirib, 5 saylı ASAN xidmət mərkəzinin fəaliyyəti ilə yaxından tanış olublar.

Sonda Azərbaycan üzrə müvafiq monitorinq hesabatın Şəbəkənin 2016-cı ilin 14-16 sentyabr tarixlərində Fransanın Paris şəhərində keçirəcək növbəti iclasında qəbul edilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR