İran xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirləndirilən şəxslərin apellyasiya şikayəti əsasında məhkəmə prosesi başlayıb

İran xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirləndirilən şəxslərin apellyasiya şikayəti əsasında məhkəmə prosesi başlayıb
# 22 sentyabr 2014 11:39 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən Vəliyev Hafiz Ramiz oğlu və Ağamirov Ağamir Novruz oğlunun apellyasiya şikayəti əsasında məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası sentyabrın 24-nə təyin edilib.

Qeyd edək ki, hər iki şəxs İran xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirləndirilir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs ömürlük azadlıqdan məhrum edilib.

Onlar Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR