Bank Of Baku

İsrail Britaniyanın qanunsuz yəhudi yaşayış məntəqələrinə qarşı tətbiq etdiyi sanksiyalara cavab verəcək

İsrail Britaniyanın qanunsuz yəhudi yaşayış məntəqələrinə qarşı tətbiq etdiyi sanksiyalara cavab verəcək
# 08 sentyabr 2026 21:01 (UTC +04:00)
0:00 / 0:00
80%

İsrail Böyük Britaniyanın İordan çayının qərb sahilindəki qanunsuz yəhudi yaşayış məntəqələrinə qarşı tətbiq etdiyi sanksiyalara cavab olaraq bir sıra tədbirlər görəcək.

APA xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar məlumat verib.

O bildirib ki, tədbirlər çərçivəsində Böyük Britaniyanın Qüdsdəki konsulluğu bağlanacaq.

Bundan əlavə, Böyük Britaniya nümayəndələri Qəzzaya yardım üzrə Kirya-Gat Beynəlxalq Koordinasiya Mərkəzindən çıxarılacaq, Britaniyanın Ramallahda Fələstin Milli Administrasiyasının təhlükəsizlik qüvvələrinə təlim proqramına son qoyulacaq.

Həmçinin İsrail anti-semitik və İsrailə qarşı fəaliyyətlərdə iştirak etdiyini hesab etdiyi 12 britaniyalı seçilmiş məmurun və digər Britaniya vətəndaşlarının ölkəyə girişini qadağan edəcək.

Qeyd edək ki, Böyük Britaniyanın xarici işlər naziri Ed Milibend işğal olunmuş Fələstin ərazilərində salınmış yəhudi yaşayış məntəqələrindən malların idxalına qadağa qoyulduğunu açıqlayaraq İsrailin İordan çayının qərb sahilindəki məskunlaşdırma siyasətini etnik təmizləmə adlandırıb.

Saar isə Milibendin açıqlamalarını həqiqətə uyğun olmayan və qəbuledilməz ittihamlar kimi qiymətləndirərək Britaniyanın qərarını İsrailin daxili işlərinə kobud müdaxilə adlandırıb.

Onun sözlərinə görə, cavab tədbirləri Baş nazir Benyamin Netanyahu ilə razılaşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR