Qaçırıldığı oğlan tərəfindən yandırılan qız ölüb

Qaçırıldığı oğlan tərəfindən yandırılan qız ölüb
# 01 oktyabr 2014 14:57 (UTC +04:00)

Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, Lalə Xanıyeva bu gün səhər saatlarında aldığı yanıq xəsarətlərindən xəstəxanada keçinib.

Qeyd edək ki, sentyabrın 30-da Sumqayıt şəhəri 1-ci mikrorayonda şəhər sakini Mansur Yaqubov evlənmək məqsədilə Saray qəsəbə sakini Lalə Xanıyevanı idarə etdiyi “Mercedes” markalı avtomobilə oturdaraq Bakı-Quba yolunun 40-cı kilometrliyinə aparıb. Daha sonra aralarında baş vermiş münaqişə zəminində avtomobildə özünün və Lalənin üzərinə benzin tökərək yandırıb.

M.Yaqubov hadisə yerində ölüb, L.Xanıyeva xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR