“Zaman” qəzetinin baş redaktoru sərbəst buraxılıb, STV-nin rəhbəri isə həbs edilib 

“Zaman” qəzetinin baş redaktoru sərbəst buraxılıb, STV-nin rəhbəri isə həbs edilib 
# 19 dekabr 2014 14:07 (UTC +04:00)

APA-nın “Sabah” qəzetinin saytına istinadən verdiyi xəbərə görə, polis və prokurorluqda 4 gün dindirildikdən sonra həbs qəti imkan tədbiri seçilməsi tələbi ilə məhkəmə önünə çıxarılan 12 nəfər haqqında qərar açıqlanıb. Məhkəmə Ə. Dumanlını ölkədən çıxmamaq şərti ilə sərbəst buraxıb. “Samanyolu” (STV) televiziyasının rəhbəri Hidayət Karaca, eləcə də keçmiş polis rəisləri Tufan Ərgüdər, Ərtan Ərçıktı və Mustafa Kılıçaslan haqqında isə “terror təşkilatına rəhbərlik etmək” ittihamı ilə həbs qərarı verilib.

Qeyd edək ki, dekabrın 14-də 13 vilayətdə həyata keçirilən polis əməliyyatı zamanı saxlanılan 30 nəfərdən 19-u sərbəst buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR