Bank Of Baku

Sabiq nazir Əli Abbasovun qohumu məhkəmədə özünü qismən təqsirli bilib

Sabiq nazir Əli Abbasovun qohumu məhkəmədə özünü qismən təqsirli bilib
# 31 may 2018 09:46 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dərmanları qanunsuz satmaq da və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Natiq Qasımov və onunla ittiham olunan Xatirə İmaməliyeva, Aidə Cəfərovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

 

İttihama münasibət bildirən N. Qasımov özünü qismən təqsirli bilib.

 

X. İmaməliyeva və A. Cəfərova isə özlərini təqsirli bilməyiblər.

 

Proses iyunun 7-də davam etdiriləcək.

 

Qeyd edək ki, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 11 a saylı ünvanda fəaliyyət göstərən aptekdə işləyən satıcıların 5 fevral 2018-ci il tarixdə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab edilən “Contramal 150 SR (Tramadol HCl 150 mq)” adlı dərman preparatının həkim resepti olmadan 50 həbini 75 manata qanunsuz satmaları müəyyən edilib.

 

İstintaq zamanı qeyd edilən aptekdə Səhiyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə müvafiq məhkəmə qərarı əsasında axtarış həyata keçirilib. Axtarış zamanı narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan tərkibində güclü təsir edici maddələr olan - hər birində 10 həb olmaqla 200 konvalyutda “Contramal 150 SR”, dövlət qeydiyyatı olmayan 7 adda - 1 qutu "Benzilbenzoat”, 1 qutu "Chondrocsil GEL 100 ml",  3 qutu "MGK Baralqin № 100", 1,5 qutu "Silentex  N 30",  1 qutu "İmunitex N 30",  21 konvalyut "Mukaltin 50 mq № 10", 22 konvalyut "Dimedrol 50 mq № 10",  sertifikatı olmayan 13 adda - 5 qutu "Bonaksim 1 qr N 1",  "Auqmentin suspenzia 70 ml № 1",  1 qutu "Amitriptilin 25 mq № 50", 2 qutu "Nirofen 200 mq  N 24",  1 qutu "Uprofloksain 02 % 100 ml № 1", 7 konvalyut  Difenin 117 mq № 10",  1 qutu "Dilatrent 12,5 mq № 30", 1 qutu "Triamzur Kompozitum 37,5 mq № 50", 2 qutu "Korinfar 10 mq № 100", 3 qutu  "Validol 50 mq № 40", 1 qutu  "Preduktal MR 35 mq № 60", 1 qutu  "Streptosit 5% 30 q Liniment" və 5 qutu "Nurofen S 3x 100 ml № 1" adlı dərman preparatları aşkar edilərək götürülüb.

 

 

Natiq Qasımovun sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun qohumu olduğu bildirilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR