Gürcüstanda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sayt yaradılıb - FOTO

Gürcüstanda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sayt yaradılıb - <span style="color: red;">FOTO
# 26 may 2015 09:02 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Gürcüstanda fəaliyyət göstərən Milli Azlıqların Monitorinqi Qrupu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sayt hazırlayıb.


Qarabağ Azadlıq Təşkilatından (QAT) APA-ya verilən məlumata görə, saytda ingilis, rus, gürcü və Azərbaycan dillərində materiallar yerləşdirilib: “Sayt siyasət, iqtisadiyyat, cəmiyyət, elm və digər bölmələrdən ibarətdir. Eyni zamanda saytın içərisində Qarabağ və Abxaziya münaqişələri ilə bağlı ayrıca səhifə yaradılıb. Burada əsasən gürcü dilində hər iki münaqişə haqqında obyektiv informasiyalar yerləşdirilib. Münaqişələrlə bağlı məlumatlar gürcü cəmiyyətinin və mətbuatının artıq ciddi marağına səbəb olub. Saytın işini Elbrus Məmmədov, Sabir Mehdiyev, həmçinin digər azərbaycanlı və gürcü fəallar həyata keçirirlər. Qarabağ Azadlıq Təşkilatı onların informasiya ilə təmin olunmasına yardım edir. QAT-ın gürcü dilində hazırladığı yazılı materiallar artıq həmin saytda yerləşdirilib”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR