Qarabağ müharibəsi əlillərinə və onların ailə üzvlərinə sosial müdafiə pasportu veriləcək - VİDEO

Qarabağ müharibəsi əlillərinə və onların ailə üzvlərinə sosial müdafiə pasportu veriləcək - <span style="color: red;">VİDEO
# 28 avqust 2014 12:45 (UTC +04:00)

Goranboy. Azər Məmmədli – APA. Qarabağ müharibəsi əlillərinin sosial müdafiə problemlərini nəzarətdə saxlamaq üçün onların hər birinə və ailə üzvlərinə sosial müdafiə pasportu veriləcək.

APA-nın qərb bürosunun verdiyi məlumata görə bu barədə açıqlamanı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov Goranboy rayonunda jurnalistlərə müsahibəsində bildirib.

O, qeyd edib ki, hazırda Azərbaycanda 12 min nəfər kimi Qarabağ müharibəsində öz sağlamlığını müəyyən qədər itirmiş şəxslər yaşayır ki, onların sosial vəziyyətlərini nəzarətdə saxlayıb yaxşılaşdırmaq üçün xüsusi pasportlarla təmin ediləcək.

“Sosial Müdafiə pasportlarının hazırlanması üçün nazirlikdə müvafiq quruma xüsusi tapşırıq verilib. Hazırda bu proses yekunlaşmaq üzrədir. Yəni o pasportda Qarabağ müharibəsi əlilinin bütün göstəriciləri öz əksini tapacaq. Ailəsində neçə şəxs var, neçənci ildə doğulublar, kimlər işləyir, nə qədər müavinət və nə qədər sosial yardım alırlar, indiyə kimi hansı müalicələr alıb, bundan sonra hansı müalicələrə ehtiyacı var və bütün sosial məsələlər öz əksini o pasportda tapacaq”, - deyə nazir bildirib.

Hər bir müraciət edən Qarabağ müharibəsi əlilinin dərhal həmin həm elektron həmdə kağız üzərində olan pasportu götürüləcək, həm nazir həm nazir müavinin həmdə inspektorlar əlil haqqında məlumatlar ala biləcəklər.

S. Müslümov bildirib ki, əlillərə veriləcək pasportla onların ailəsinin sosial vəziyyəti nəzarətdə olacaq ki, Qarabağ müharibəsi əlilinin yaşadığı ailədə ailə üzvünə düşən vəsaitin aylıq məbləği 100 manatdan aşağı olmasın.

Nazir pasportların hazırlanmasının artıq yekunlaşdığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR