Abşeron rayonunda fərdi ev yanıb

Abşeron rayonunda fərdi ev yanıb
# 13 dekabr 2014 03:42 (UTC +04:00)

Bakı-APA. Bu gecə Abşeron rayonunda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Abşeron rayonunda vətəndaşa məxsus ümumi sahəsi 450 kv.m olan ikimərtəbəli, 5 otaqlı evin çardağının yanar konstruksiyaları 225 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR