Bank Of Baku

Livan İsrail və ABŞ ilə ölkənin cənubundakı "pilot zonaların" sərhədlərini müzakirə edir

Livan İsrail və ABŞ ilə ölkənin cənubundakı "pilot zonaların" sərhədlərini müzakirə edir
# 25 iyun 2026 05:03 (UTC +04:00)

ABŞ, Livan və İsraildən olan hərbi nümayəndə heyətləri Vaşinqtonda keçirilən danışıqlarda hazırda İsrail işğalı altında olan Livanın cənubundakı "pilot zonaların" coğrafi sərhədlərini müzakirə edirlər.

APA xəbər verir ki, Livan prezidentinin ofisinin “X” hesabında məlumat verilib.

"Vaşinqtonda davam edən beşinci danışıqlar raundu çərçivəsində çərşənbə günü hərbi nümayəndə heyətlərinin üçtərəfli görüşü keçirilib. Görüşdə İsrail qoşunlarının geri çəkilməsindən sonra Livan ordusunun nəzarətinə veriləcək "pilot zonalarının" yaradılması istiqamətində irəliləyiş əldə edilib", - məlumatda deyilir.

Məlumata görə, heyətlər zonaların coğrafi sərhədlərini və əldə edilən razılaşmaların həyata keçirilməsi mexanizmini müzakirə edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR