Gələn ilin sonlarından Azərbaycanda 15 yaşı tamam olmamış şəxslərə fərdi identifikasiya kartı veriləcək

Gələn ilin sonlarından Azərbaycanda 15 yaşı tamam olmamış şəxslərə fərdi identifikasiya kartı veriləcək
# 10 sentyabr 2014 12:01 (UTC +04:00)

APA-nın məlumatına görə, Əsasnaməyə əsasən Nazirlər Kabineti 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşının fərdi identifikasiya kartının 2015-ci il dekabrın 1-dən verilməsini təmin etməli, fərdi identifikasiya kartının hazırlanması və müvafiq texniki vasitələrin alınması ilə bağlı maliyyələşdirmə məsələlərinin həlli məqsədi ilə zəruri tədbirlər görməli, bu barədə hər altı aydan bir Azərbaycan prezidentinə məlumat verməlidir.

İqtisadiyyat və Sənaye Nazirliyinə fərdi identifikasiya kartının hazırlanması məqsədi ilə bu sahədə beynəlxalq təcrübəyə malik olan hüquqi şəxsin seçilməsini və onunla müvafiq müqavilənin imzalanmasını təmin etmək tapşırılıb.

Qeyd edək ki, qanuna əsasən 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşının fərdi identifikasiya kartı Azərbaycan ərazisində onun şəxsiyyətini təsdiq edən sənəddir. Fərdi identifikasiya kartı vətəndaşın valideyninin, vətəndaşı övladlığa götürənin, vətəndaşın qəyyumunun və ya himayəçisinin müraciəti əsasında veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR