Georgi Marqvelaşvili: “Türkiyə və Azərbaycanın dəstəyi olmadan Gürcüstanın uğurunu düşünmək olmaz”

Georgi Marqvelaşvili: “Türkiyə və Azərbaycanın dəstəyi olmadan Gürcüstanın uğurunu düşünmək olmaz”
# 17 mart 2015 15:51 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “TANAP-ın təməlatma mərasimi bizim üçün çox önəmlidir. Hər üç ölkə liderləri layihə ilə bağlı bir neçə il əvvəl qərar verdilər. O gün atdığımız addımlar nəticəsində bu gün buradayıq”.

APA-nın məlumatına görə, bu sözləri Gürcüstan prezidenti Georgi Marqvelaşvili TANAP layihəsinin Türkiyənin Qars bölgəsində keçirilən təməlqoyma mərasimində çıxışında deyib. O bildirib ki, Gürcüstan bir tranzit ölkə olaraq bu layihədə məsuliyyətini anlayır və üzərinə düşən vəzifəni sonuna qədər həyata keçirəcək: “Bu, təkcə Gürcüstan üçün deyil, qonşularımız üçün də əhəmiyyətlidir. Gürcüstan Avropa və Asiya arasında önəmli bir qapıdır. Gürcüstanın tranzit ölkə olması ona üstünlük verir”.

G. Marqvelaşvili qeyd edib ki, Türkiyə və Azərbaycanın dəstəyi olmadan Gürcüstanın uğurunu düşünmək olmaz: “Bu gün biz ölkələrimizin gələcək rifahı baxımından önəmli addım atırıq. Enerji məsələsindən başqa ölkələr bəzən təhdid kimi istifadə edir. Biz bu sahədə üzərimizə düşən işi həyata keçirəcəyik. Layihənin turizmə və ticarətə müsbət təsirləri olacaq. Problemlər ola bilər, amma bu xətt açılacaq. Çindən və Asiyadan malların gəlişi artır, bunun üçün daha böyük logistik infrastruktura ehtiyac var. Bu səbəbdən üç ölkənin əməkdaşlıq önəmlidir. Biz ortaqlıqlarımızı artırmalıyıq. Enerji potensiallarımızı sonuna kimi istifadə etməliyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR