Zərdabda ağır yol qəzası olub, üç nəfər ölüb, bir nəfər xəsarət alıb - YENİLƏNİB

Zərdabda ağır yol qəzası olub, üç nəfər ölüb, bir nəfər xəsarət alıb  - <span style="color: red;">YENİLƏNİB
# 01 may 2013 15:47 (UTC +04:00)

Zərdab rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, “VAZ-21015” markalı minik maşınının “KamAZ” markalı yük maşını ilə toqquşması nəticəsində minik avtomobilinin sürücüsü Tacəddin Nəmiyev, maşında olan sürücünün atası, 58 yaşlı Müslüm Nəmiyev və 3 yaşlı Ramazan Həsənov aldığı xəsarətdən dünyasını dəyişiblər.

Maşında olan digər sərnişin, sürücünün bacısı Sehranə Nəmiyeva isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, məlum hadisə bu gün Zərdab rayonunun Bəyimli qəsəbəsi ərazisində qeydə alınıb.

***

16:18

Ucar. Zahid Abışov - APA. Ucar-Zərdab yolunda ağır yol qəzası baş verib.

Rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə Zərdab rayonunun Bəyimli qəsəbəsi ərazisində qeydə alınıb.

“VAZ-21015” markalı minik maşını “KamAZ” markalı yük maşını ilə toqquşub. Nəticədə iki nəfər ölüb, daha iki isə ağır xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Hazırda ölən və yaralıların adları dəqiqləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR