Fizika üzrə Nobel mükafatı yaponiyalı alimlərə verilib

Fizika üzrə Nobel mükafatı yaponiyalı alimlərə verilib
# 07 oktyabr 2014 12:12 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Bu il fizika üzrə Nobel mükafatı yaponiyalı alimlər İsamu Akasaki, Hiroşi Amano və Suji Nakamuraya verilib.

APA - nın məlumatına görə, alimlər bu mükafata “effektiv və səmərəli mavi işıq saçan diodların ixtirasına görə” layiq görülüblər.

İsamu Akasaki 1929-cu ildə Yaponiyada doğulub. Naqoya Universitetinin professorudur. Hiroşi Amano 1960-cı ildə doğulub, 1989-cu ildən Naqoya Universitetində çalışır, universitetin professorudur.

Suji Nakamura isə 1954-cü ildə anadan olub, Amerika vətəndaşıdır. O, hazırda Kaliforniya universitetinin professorudur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR